• Bakı 22° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Toivo Klaar Ermənistandadır

DÜNYA

23 Yanvar 2023 | 09:21

Toivo Klaar Ermənistandadır

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın paytaxtı İrəvanda səfərdədir.

Bakıvaxtı.az  xəbər verir ki, o, bu barədə tviterdə yazıb:

“Bir gün görüşlər üçün İrəvana qayıtdım”.

T. Klaar Ermənistan rəsmiləri ilə Laçın yolundakı durumu müzakirə edəcəyini bildirib.

O qeyd edib ki, Aİ-nin məqsədi Ermənistanla Azərbaycan arasında hərtərəfli həll yoluna nail olmaqdır.

Xatırladaq ki, Klaar sonuncu dəfə ötən ilin dekabrında Ermənistanda olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026