• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Türkiyədə sürətli bahalaşma başladı

DÜNYA

24 Dekabr 2022 | 00:29 | Müəllif: Subhan Mahmudov

Türkiyədə sürətli bahalaşma başladı

Qardaş Türkiyədə ərzaq və geyim malları da daxil olmaqla, bütün sahələrdə sürətli bahalaşma başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yenipress.az-a qardaş ölkədə yaşayan azərbaycanlılar məlumat verib.

Bildirilib ki, son 3 gündə ərzaq, geyim və xidmət sahələrində qiymət artımı artıq 20 faizə çatır. Bahalaşmanın hər gün baş verdiyi, eyni malın bir gün ərzində 7-8 faiz bahalaşması müşahidə olunur.

Soydaşlarımız bildirir ki, bahalaşmaya səbəb minimum əmək haqqının kəskin artırılması barədə Türkiyə hökumətinin qərarıdır. Belə ki, 2023-cü ilin yanvarından başlayaraq, Türkiyədə minimum əmək haqqı 5500 lirədən 8500 lirəyə qaldırılıb. Qərarın elan olunması ilə artıq indidən bütün məhsullara “zam” gəlməyə başlayıb.

Məlumata görə, ümumilikdə qiymətlər son 3 ayda iki dəfəyə yaxın qalxıb.

Dalğalanmanın nə qədər davam edəcəyini heç kəs bilmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026