• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mərakeş Ukraynaya tanklar göndərdi

DÜNYA

22 Yanvar 2023 | 22:22 | Müəllif: Subhan Mahmudov

Mərakeş Ukraynaya tanklar göndərdi

Mərakeş Krallığı Ukraynaya Çexiyada təkmilləşdirilən qeyri-müəyyən sayda T-72B tanklarını təhvil verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Menadefense” nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, bir həftə əvvəl Çexiya Ukraynaya iyirmiyə yaxın T-72 göndərib, onlardan bəzilərinin ölkənin Baş naziri Petr Fialanın tanklara imza qoyduğu zaman fotosu çəkilib.

Vurğulanır ki, Krallığın bir neçə modifikasiyalı 300-ə yaxın T-72 tankının olduğu məlumdur. Onlar 1999 və 2000-ci illərdə Belarusdan iki partiyada alınıb. Jurnalistlərin sözlərinə görə, Mərakeş 2022-ci ilin aprel ayının sonunda Ramşteyn sammiti zamanı bu tankların Ukraynaya təhvil verilməsinə razılıq verib.

Ehtimal olunur ki, Mərakeş Ukraynaya verilən T-72-lərin müqabilində “Abrams” tankları ala bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026