• Bakı 8° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

ABŞ 2024-cü ildə NATO sammitinə ev sahibliyi edəcək

DÜNYA

21 Fevral 2023 | 22:22 | Müəllif: Subhan Mahmudov

ABŞ 2024-cü ildə NATO sammitinə ev sahibliyi edəcək

ABŞ  2024-cü ildə NATO sammitinə ev sahibliyi etmək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Varşavada çıxışı zamanı  bildirib.

“Gələn il mən dünya tarixinin ən güclü müdafiə ittifaqının 75-ci ildönümünü qeyd etmək üçün ABŞ-da keçiriləcək sammitimizdə NATO-nun hər bir üzvünü qəbul edəcəyəm” deyə Bayden bildirib.

O vurğulayıb ki, Birləşmiş Ştatlar alyansın nizamnaməsinin 5-ci maddəsinə sadiq qalır və bu, onun təbirincə desək, “birə hücum hamıya hücumdur”.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransında bildirmişdi ki, İsveç və Finlandiya 2023-cü il iyulun ortalarına qədər alyansa üzv olmalıdır . O qeyd edib ki, bunun üçün artıq iş aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026