• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Koronavirusun bütün variantlarına qarşı dərman hazırlandı

DÜNYA

21 Fevral 2023 | 21:44 | Müəllif: Subhan Mahmudov

Koronavirusun bütün variantlarına qarşı dərman hazırlandı

Koronavirusun bütün ştamlarına qarşı dərman hazırlanıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunan məqalədə deyilir.

Məlumata görə, Stenford, Kaliforniya universitetləri və Harvard Tibb Məktəbinin alimləri ana hüceyrənin SARS-CoV-2-yə yoluxmasının qarşısını alan sünbül zülalının (S-proteini) bir hissəsi əsasında molekul yaradıb.

Hüceyrənin virusdan qorunması üçün viral sünbül S zülalı hüceyrə reseptoru ACE2 ilə bağlanmalıdır.  Müxtəlif siniflərə aid olan yeni antiviral dərmanlar bu bağlanmaya maneə törədir, infeksiyanın yayılmasının qarşısını alır.

Bu baxımdan "longHR2_42" adlı yeni inhibitor Omicron variantları da daxil olmaqla SARS-CoV-2-nin müxtəlif ştamlarına qarşı təsirli nəticə göstərir. 

Alimlər hazırda inhibitoru SARS-CoV-2-yə yoluxmuş siçanlar üzərində sınaqdan keçirirlər. Nəticələr əldə olunduqdan sonra tezliklə ictimaiyyətlə bölüşüləcək./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026