Çilinin Valparaiso bölgəsindəki Vina del Mar şəhərində bas verən meşə yanğınlarında alovlar 400 evə yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, yanğınlarda 2 nəfər həyatını itirib. Bölgədə fövqəladə vəziyyət elan edilib.
110 hektar ərazi yandığından bəzi məhəllələrin təxliyəsi barədə göstərişlər verilib. Alovun nəzarət altına alınmasının bir neçə gün çəkə biləcəyi bildirilib.
Təxminən 800 yanğınsöndürən və 150 mühafizəçi ilə alovla mübarizə davam edir.
Nur















