Rusiyanın Kemerovo şəhərində ikimərtəbəli qocalar evində baş verən yanğın nəticəsində 20 nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bölgəyə Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə və xilasetmə dəstələri göndərilib.
Qısa müddətdə alov böyüdüyündən 80-dən çox canlı qüvvə və 28 texnika alovu söndürə bilib. Nazirlikdən verilən məlumata görə, qocalar evində 20 nəfər həyatını itirib, 2 nəfər yaralanıb, 4 nəfər isə xilas edilib. Yaralılara xəstəxanalarda tibbi yardım göstərilib.
Nur
















