• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Alen Simonyan: "KTMT gözləntilərimizi doğrultmadı”

DÜNYA

24 Noyabr 2022 | 14:06

Alen Simonyan: KTMT gözləntilərimizi doğrultmadı”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) gözləntilərimizi doğrultmadı”.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan KTMT-nin İrəvanda keçirilən sammiti ilə bağlı jurnalistlərin sualına cavabında bildirib.

“Əgər doğrultsa idi, onda bəyannaməni imzlayardıq”, - Alen Simonyan qeyd edib.

Ermənistanın bu təşkilatda qalıb-qalmayacağı ilə bağlı suala cavabında isə o, bildirib ki, belə bəyanat verməyiblər:

“Ancaq KTMT-nin regiondan çıxmasından narahat olduğumuzu bildirmişik”.

Qeyd edək ki, noyabrın 23-də İrəvanda KTMT-nin sammiti keçirilib. Ermənistanın baş naziri Nikol Paşinyan toplantının yekun bəyannaməsini imzalamaqdan imtina edib. /Report


SON XƏBƏRLƏR

26 Iyul 2024