• Bakı 20° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Azyaşlı 3 gün sonra dağıntılar altından çıxarıldı

DÜNYA

24 Noyabr 2022 | 14:37

Azyaşlı 3 gün sonra dağıntılar altından çıxarıldı

İndoneziyanın Yava adasında 268 nəfərin ölümü ilə nəticələnən zəlzələdən üç gün sonra bir uşaq dağıntılar altından çıxarılıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Azka adlı oğlan uşağı dağıntılar altında salamat qalıb.

İlk yardım qrupları uşağa ilkin tibbi yardım göstərib, daha sonra o, ailəsinə qovuşub.

Azkayla bərabər onun babası və qardaşı da xilas edilib.

Xatərladaq ki, İndoneziyada 5,6 bal gücündə zəlzələ olub. Zəlzələ yerin səthinə yaxın olduğundan, çoxlu sayda insan ölümü qeydə alınıb.

Axtarış-xilasetmə qrupları ölənlərin əksəriyyətinin zəlzələ zamanı məktəbdə olan uşaq və yeniyetmələr olduğunu bildirib. Zəlzələdən 80-ə yaxın məktəbin zərər çəkdiyi güman edilir.

Səlahiyyətlilər ən azı 2200 evin uçduğunu və 13 mindən çox insanın təxliyə edildiyini bildirir.

Aytac Aslan


SON XƏBƏRLƏR

25 Aprel 2024