"Tesla" və "SpaceX"in qurucusu İlon Maskın tvitterdəki paylaşımı Yunanıstanı qarışdırıb.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir kii. sosial media istifadəçiləri Maskın bir sözlük tvit atdığı yunan yazısında “dialektika” sözü ilə bağlı müxtəlif şərhlər edib.
Tvit Yunanıstanda dəfələrlə paylaşılıb. Bəzi sosial şəbəkə istifadəçiləri hadisənin Ukraynadakı müharibə ilə bağlı olduğunu qeyd edərək, dialoq yolu ilə həllə çağırıblar.
Qeyd edək ki, yunan dilində müzakirə sənəti mənasını verən “dialektika”, ümumiyyətlə, təfəkkürə əsaslanan tədqiqat metodu kimi qəbul edilir.
Nuranə Daxulqızı
















