• Bakı 12° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Parisdə böyük ərzaq bazarında yanğın başlayıb

DÜNYA

25 Sentyabr 2022 | 19:36

Parisdə böyük ərzaq bazarında yanğın başlayıb

Parisin yaxınlığında böyük ərzaq bazarının anbarında yanğın başlayıb.

Bakıvaxtı.az-ın “Associated Press“-ə istinadən verdiyi xəbərə görə, sahəsi 7 min kvadrat metr olan anbarda yanğının söndürülməsinə 100 yanğınsöndürən və 20 yanğınsöndürmə maşını cəlb olunub.

Parisin Yanğın Xidmətinin rəisi Le Muana bildirib ki, yanğın nəticəsində xəsarət alan yoxdur, yanğının yayılmasının qarşısını da almaq mümkün olub.

Yanğının səbəbi məlum deyil. Yaxın rayonların sakinlərinə hadisə yerinə yaxınlaşmamaq tövsiyə olunub.


SON XƏBƏRLƏR