• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gürcüstan hökumətindən Saakaşvili ilə bağlı qərar

DÜNYA

27 Avqust 2022 | 00:44 | Müəllif: Subhan Mahmudov

Gürcüstan hökumətindən Saakaşvili ilə bağlı qərar

Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşviliyə əcnəbi ekspertlər baxış keçirərək, onun səhhətini dəyərləndirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Gürcüstan Səhiyyə Nazirliyi müvafiq icazə verib.

Əcnəbi ekspertlər “Empatiya” mərkəzinin mütəxəssisləri ilə birgə müayinədən sonra Saakaşvilinin səhhəti ilə bağlı yekun rəy verəcəklər.

Qeyd edək ki, xaricdən ekspertlərin dəvəti eks-prezidentin vəkillərinin təşəbbüsü ilə baş tutub.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026