• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yük maşınında 46 nəfərin meyiti aşkarlandı - VİDEO

DÜNYA

28 Iyun 2022 | 09:06 | Müəllif: Qalib İbrahimoğlu

Yük maşınında 46 nəfərin meyiti aşkarlandı - VİDEO

ABŞ-ın Texas ştatının San-Antonio şəhərində miqrantların olduğu yük maşınında 46 nəfərin meyiti aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, miqrant olduğu bildirilən 46 nəfər sürücünün tərk etdiyi yük maşınında ölü tapılıb.

Yük maşınında halsız vəziyyətdə olan daha 16 nəfər xəstəxanalara aparılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım maşınları cəlb edilib.

Maşında olanların qeyri-qanuni yollarla ABŞ-a keçməyə çalışdıqları güman edilir.

San-Antonio Polis İdarəsinin yük maşınının sürücüsünü axtardığı bildirilir, hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.


Yük maşınında 46 nəfərin meyiti aşkarlandı - VİDEOYük maşınında 46 nəfərin meyiti aşkarlandı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026