• Bakı 16° C

    5.54 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0186

Pul var, ev var, maşın var, amma... - Vəzifəlilər niyə intihar edir?

CƏMİYYƏT

29 Aprel 2024 | 13:17

Pul var, ev var, maşın var, amma... - Vəzifəlilər niyə intihar edir?

Xəbər verdiyimiz kimi, Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov yaşadığı evdə özünü asaraq həyatına son qoyub.

Bakıvaxtı.az qeyd edir ki, bu, baş verən ilk belə hal deyil. Belə ki, ötən ilin avqustunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov da inhar edib. Daha öncələr də vəzifəli şəxslərin özlərinə qəsd etməsi hallarına rast gəlmişik.

Bəs buna səbəb nədir? Vəzifəli şəxslərin intiharının hansı psixloji tərəfləri var?

Bu barədə Bakıvaxtı.az-a danışan psixoloq Gülnar Orucovabildirib ki,əksər insanlar vəzifəli şəxslərin xoşbəxt olduğunu düşünsə də, bu, belə deyil:

“İnsanlar düşünür ki, birinin vəzifəsi varsa, o xoşbəxtdir. Hər şeyi almağa imkanı çatırsa, ən gözəl yerdə villası, maşını varsa xoşbəxtdir. Amma bu, belə deyil. Pulla hər şeyi ala bilsən də, xoşbəxt olmaya bilərsən.

Şəxs bir zirvəyə çatmaq üçün müəyyən bir mərhələ keçir, çox əziyyətlər çəkir. Bəzən görürük ki, hər hansı bir yüksək vəzifədə olan şəxs 65 yaşı olsa da, təqaüdə çıxmaq istəmir. Çünki bu adam vəzifəsini tam mənada yaşamayıb”.

Gülnar Orucova, pxisoloq

Psixoloq intihar edən vəzifəli şəxslərin yaş həddinə diqqət çəkib. Onun sözlərinə görə, son zamanlar xüsusilə yaşlı insanların intihar etməsini görürük:

“Müəyyən bir yaş dövrü olur ki, 55-65 yaşdan sonra insanlar öz yaşlandıqlarını qəbul edə bilmirlər. Xüsusilə də bu hala kişilərdə rast gəlinir. Hər insan yaşlı olsa belə, öz yaşını qəbul etməyi bacarmalıdır. Bundan əlavə bəzən vəzifəli şəxslər yaşlarına görə vəzifədən getmələrini də qəbul edə bilmirlər. Bundan sonra yaxşı pul qazana bilməyəcəyini düşünürlər. İflasa uğrayan insanlar da intihara meyilli olur”.

G.Orucovanın qənaətincə, hər bir insan ömründə bir dəfə də olsa, intihar etməyi düşünür:

"Amma bunu tez-tez düşünmək, reallaşdırmaq üçün yollar axtarmaq hansısa psixoloji pozuntudan xəbər verir. Bir sıra əlamətlərinə baxıb şəxsin intihar etmək istədiyini anlaya bilərik. Məsələn, şəxs depressiyaya düşübsə, tez-tez həyatdan şikayətlənirsə, o, intihara meyillidir. Belə olduqca şəxsə psixoloji yardım göstərilməsi vacibdir”.

Günəş Mərd


SON XƏBƏRLƏR