İordaniya Suriyadakı vəziyyəti müzakirə etmək üçün avqustun 12-də Suriya və ABŞ arasında üçtərəfli görüşə ev sahibliyi edəcək.
Bakıvaxtı.az "DHA"ya istinadən xəbər verir ki, bu barədə İordaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanata görə, görüşdə təhlükəsizlik, sabitlik və suverenliyin təmin edilməsi əsasında Suriyanın bərpasının asanlaşdırılması yolları müzakirə olunacaq. Görüşdə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani, ABŞ-nin Türkiyədəki səfiri və ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak, həmçinin üç ölkənin müvafiq departamentlərinin nümayəndələri iştirak edəcəklər.
Danışıqlar iyulun 19-da Əmmanda baş tutan və Suriyanın cənubundakı Əs-Suveyda əyalətində atəşkəsin təmin edilməsi və bölgədəki böhranın həllinə həsr olunmuş görüşün davamı olacaq.
Gülşən Şərif