• Bakı 25° C

    12.49 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.0295

Helsinki Komissiyası Gürcüstanla bağlı dinləmə keçirəcək

SİYASƏT

10 Sentyabr 2025 | 12:35

Helsinki Komissiyası Gürcüstanla bağlı dinləmə keçirəcək

ABŞ-nin Helsinki Komissiyası bu gün Gürcüstanla bağlı "Tərəfdaşlıqdan Problemlərə: Gürcüstanın Anti-Amerika Meylləri" adlı ictimai dinləmə keçirəcək.

Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bu barədə məlumat Komissiyanın yaydığı rəsmi bəyanatda yer alıb.

Bəyanatda qeyd olunub ki, Gürcüstan əvvəllər ABŞ üçün əsas tərəfdaş və Qafqaz regionunda azadlığın simvolu kimi tanınsa da, hazırda "Gürcü Arzusu" hakimiyyəti ölkəni Rusiyanın təsir dairəsinə qaytarır və Çin başda olmaqla, ABŞ-nin digər rəqibləri ilə əlaqələri dərinləşdirir.

ABŞ Helsinki Komissiyasına görə, son illər ərzində "Gürcü Arzusu" dövlət institutlarını zəiflədir, Çin investisiyalarına önəm verərək ölkənin suverenliyini təhlükə altına qoyur, ABŞ şirkətləri üçün Mərkəzi Asiyaya çıxış imkanlarını və orta dəhliz ticarətini məhdudlaşdırır. Bu hallar ABŞ-nin regiondakı maraqları üçün ciddi və təxirəsalınmaz təhlükə yaradır. 

Görüşdə Gürcüstandakı avtoritar meyillərin qlobal nəticələri də müzakirə olunacaq. Dinləmədə Gürcüstanın 5-ci Prezidenti Salome Zurabişvili, Gürcüstanın sabiq müdafiə naziri Tinatin Xidaşeli, Hudson İnstitutunun baş tədqiqatçısı Luk Kof iştirak edəcək.

Gülşən Şərif

 


SON XƏBƏRLƏR

09 Sentyabr 2025