• Bakı 20° C

    9.87 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

İran dünyanın qaz habına çevrilmək istəyir – Rəisi

DÜNYA

03 Mart 2024 | 13:43

İran dünyanın qaz habına çevrilmək istəyir – Rəisi

İran təbii qazın paylanması və tranziti üçün enerji mərkəzinə və təhlükəsiz marşruta çevrilməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Qaz İxrac Edən Ölkələr Forumunun yeddinci sammitində çıxışında deyib.

“İran qazın hasilatçılar və satış bazarları arasında paylanması və tranziti üçün enerji mərkəzi və təhlükəsiz marşrut olmağa hazır olduğunu bəyan edir. Böyük təbii qaz ehtiyatlarına, tranzit ölkə mövqeyinə və özünün yüksək texnologiyalarına malik İran qaz bazarında bütün ölkələrlə, xüsusən də Mərkəzi Asiyadan Fars körfəzinə qədər qonşu dövlətlər və onun qonşuları ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır”, - Rəisi bildirib.


SON XƏBƏRLƏR

22 Aprel 2024