• Bakı 25° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Ermənistan Solovyovu kabeldən də sildi

DÜNYA

02 Aprel 2024 | 13:32 | Müəllif: Subhan Mahmudov

Ermənistan Solovyovu kabeldən də sildi

Ermənistanın “Ucom” və “Team Telecom” şirkətləri Yüksək Texnologiyalar Sənayesi Nazirliyi ilə sinxron şəkildə ictimai multiplekslə eyni vaxtda Vladimir Solovyovun Rusiya telekanalında yayımlanan proqramlarını söndürmək qərarına gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Qeyd edilib ki, Solovyovun verilişləri “Rostelecom” şəbəkəsində də bloklandığından, bütün kabel operatorlarının milli multipleksdən siqnal götürməsi mümkünsüz olub.

Xatırladaq ki, Ermənistanın Yayım Şəbəkəsi dövlətlərarası sazişin müddəalarını mütəmadi olaraq pozduğuna görə Vladimir Solovyovun proqramlarının respublika ərazisində yayımını əngəlləyib./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026