• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukrayna Rusiya ilə əməkdaşlıq edənlərə işgəncə verir - BMT

DÜNYA

02 Aprel 2024 | 13:19

Ukrayna Rusiya ilə əməkdaşlıq edənlərə işgəncə verir - BMT

Ukrayna hakimiyyəti rus qoşunlarının çıxardığı ərazilərin Rusiya ilə əməkdaşlıqda şübhəli bilinən sakinlərinə qarşı vəhşicəsinə davranır.

Bakıvaxtı.az "TASS"a istinadla xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk bildirib .

BMT İnsan Haqları Şurasının ( İHŞ ) 55-ci sessiyasında çıxışı zamanı Türk qeyd edib ki, Ukrayna öz ərazilərinin bir hissəsini geri aldıqdan sonra bəzi sakinlər hakimiyyətin əlindən əziyyət çəkib.

“Əməkdaşlığın həddən artıq geniş və qeyri-müəyyən cinayət tərifindən istifadə edərək, Ukrayna hakimiyyəti öz yerli icmalarında adi işlər görən yerli sakinləri hədəfə aldı və onları məhkum edib”,

Türk həmçinin bildirib ki, ofisində işgəncə və pis rəftar, əsassız həbslər və təqsirləndirilən əməkdaşlara qarşı ədalətli məhkəmə hüquqlarının pozulması halları sənədləşdirilib.

BMT-nin ali komissarı Ukrayna hakimiyyətini təsirə məruz qalanlarla geniş, inklüziv məsləhətləşmələrə əsaslanaraq, hesabatlılığa hərtərəfli yanaşmağa çağırıb.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR