• Bakı 12° C

    6.77 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

İran nümayəndə heyəti Bakı Limanı barədə məlumatlandırılıb

İQTİSADİYYAT

09 Aprel 2025 | 17:44

İran nümayəndə heyəti Bakı Limanı barədə məlumatlandırılıb

Bu gün Baş nazirin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev və ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeq iki ölkənin nümayəndə heyətlərinin müşayiəti ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına birgə baxış keçiriblər.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabinetindən xəbər verilib.

    Həmsədrlərə Bakı Limanına dair təqdimat nümayiş etdirilib, limanın tarixi, infrastrukturu və imkanları, o cümlədən illik yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması məqsədilə ikinci faza çərçivəsində aparılan tikinti işləri barədə məlumat verilib.

    Qeyd edilib ki, ikinci fazanın tamamlanmasından sonra Bakı limanının genişləndirilməsi Azərbaycanın Avropa və Asiyanı əlaqələndirən nəqliyyat və logistika qovşağı kimi strateji əhəmiyyətini daha da artıracaq.

    Daha sonra limanın əsas yük terminalına, Ro-Ro və Bərə terminallarına, çeşidləmə məntəqəsinə baxış keçirilib.


    SON XƏBƏRLƏR

    17 Aprel 2025