• Bakı 25° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

İran Qrossiyə qarşı hüquqi addımlar atacaq

CƏMİYYƏT

20 Iyun 2025 | 00:15

İran Qrossiyə qarşı hüquqi addımlar atacaq

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossinin İsrailin zərbələrindən sonra heç bir tədbir görməməsinə cavab olaraq qanuni addımlar atmaq niyyətindədir.

Bakıvaxtı.az "Fars" agentliyinə istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami deyib.

“Hərəkətsizliyinizə dərhal son qoymaq və beynəlxalq hüququn bütün normalarına zidd olan İsrail rejiminin təcavüzünü pisləməklə öz hüquqi öhdəliklərinizi yerinə yetirmək lazımdır”, - Eslami Qrossiyə məktubunda bildirib.

Onun sözlərinə görə, İran öz suveren hüquqlarını qorumaq üçün lazımi tədbirlər görəcək və “xüsusilə Qrossinin hərəkətsizliyi ilə bağlı” müvafiq hüquqi addımlar atacaq.


SON XƏBƏRLƏR

19 Iyun 2025