• Bakı 18° C

    2.02 m/s

İran Türkiyəyə qaz tədarükünü bərpa etdi

İQTİSADİYYAT

22 Yanvar 2022 | 00:12 | Müəllif: Qalib İbrahimoğlu

İran Türkiyəyə qaz tədarükünü bərpa etdi

İranın Milli Qaz Şirkəti Türkiyəyə qaz nəqlinin bərpa olunduğunu açıqlayıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Shana xəbər agentliyinin məlumatında bildirilir.

Xəbərə görə, yanvarın 19-da yaranan və qazın nəqlinin 10 gün müddətinə dayandırılmasına səbəb olan texniki nasazlıqlar aradan qaldırılıb.

İran Türkiyəyə Tengiz-Ankara qaz kəməri ilə ildə orta hesabla 10 milyard kubmetr qaz verir. Son məlumatlara görə, ötən il İran qazının Türkiyənin enerji balansında payı 16%-ə yaxın olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026