• Bakı 13° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Kəlbəcərdə astronomik stansiya qurulacaq

İQTİSADİYYAT

18 Fevral 2022 | 16:49 | Müəllif: Subhan Mahmudov

Kəlbəcərdə astronomik stansiya qurulacaq

Bizim təkliflərimiz əsasında gələcəkdə işğaldan azad edilmiş zonada yeni astronomik stansiya qurulacaq. Azad olunmuş torpaqlarda infrastruktur qurulduqdan sonra işə başlanılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Trend-in suallarına cavabında AMEA Şamaxı Astorfizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov bildirib.

Onun sözlərinə görə, astronomik stansiyanın yerinin dəqiqləşdirilməsi üçün bir il tədqiqat aparılmalı, xüsusi iqlim zonası seçilməlidir. Astronomik stansiyanın Kəlbəcərdə qurulacağını planlaşdırırıq. Stansiya Kəlbəcərdə hündür və əlverişli yüksəkliklərdən birində qurulacaq. Çünki stansiya 3000 metrdən yüksəklikdə yerləşməlidir. Belə yüksəkliklər Kəlbəcərdə mövcuddur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026