ABŞ Federal Ehtiyat Sisteminin (FED) ölkə valyutasının uçot dərəcəsini artırıb.
Bundan sonra digər aparıcı ölkələrdə də uçot stavkası dəyişdirilməkdir. Qeyd edək ki, FED-in əvvəlki faiz artımı 2018-ci ilin dekabrında olub və o vaxtdan bəri baza faiz dərəcəsi yalnız azalıb.
İqtisadçı-ekspert Xalid Kərimli Bakıvaxtı.az-a bildirib ki, ABŞ antiinflyasiya tədbirləri çərçivəsində bu addımı atdı.
“Ötən ildən bu gözləntilər vardı. Dollar xarici valyutalara nisbətən bahalaşmağa doğru gedir”, - deyə X.Kərimli bildirib.
Ekspert qeyd edib ki, manat dollara fiksasiya edilib: “Bu o deməkdir ki, dollar bahalaşdıqca manat da digər valyutalara qarşı bahalaşacaq. Bunun özü manata təzyiqi artıracaq. Biz manatın nə dəyərinin itməsini, nə də bahalaşmasını istəmirik. Çünki bu Azərbaycan və onun qeyri-neft ixracı üçün arzuolunan deyil”.
Ramid İbrahimov
















