• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

İtaliya Rusiyanın rubl tələbindən imtina etdi

İQTİSADİYYAT

15 Aprel 2022 | 13:44 | Müəllif: Subhan Mahmudov

İtaliya Rusiyanın rubl tələbindən imtina etdi

İtaliya Rusiya qazının tədarük haqqını rublla ödəyə bilməz, çünki bu, Avropa sanksiyalarından yayınmaq deməkdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Luici Di Mayo deyib.

“Biz rublla ödəyə bilmərik. Rusiya avrodan rubla ikiqat hesablaşma sxemi tətbiq edib, bu, mümkün deyil. Çünki bu, sanksiyalardan yan keçmək deməkdir”, - o bildirib.

Di Mayo əlavə edib ki, texniki baxımdan Rusiya özünə qarşı embarqo qoyur.

Nazir digər ölkələrdən yeni qaz təchizatçısı axtardıqlarını da vurğulayıb.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026