• Bakı 21° C

    7.04 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Rusiyada inflyasiya son 20 ilin rekordunu qırdı

İQTİSADİYYAT

14 May 2022 | 10:15

Rusiyada inflyasiya son 20 ilin rekordunu qırdı

Rusiyada illik inflyasiya 2022-ci ilin aprelində martdakı 16,69 %-dən 17,83 %-ə yüksəlib.

Bakıvaxtı.az reprot-a istinadən xəbərinə görə, 2022-ci ilin əvvəlindən qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə daha çox artıb və artımın 3/4-ü mart ayında baş verib ki, bu da 1998-ci ilin dekabrından artıq inflyasiya statistikası baxımından ən pis ay olub.

Aylıq istehlak qiymətləri 1,56 % artıb. Apreldə ərzaq məhsulları mart ayına nisbətən 2,87 %, illik isə 20,48 % bahalaşıb. Ən çox qənd bahalaşıb – 67 %. Bahalaşma digər ərzaq məhsullarına da daxildir: marqarin yağı - 12,9 %, qara çay, kakao, qatılaşdırılmış süd, peçenye - 7,1-8,9 %, süd, qatıq, mayonez, meyvə şirələri, qara bibər, duz, qazlı içkilər, mineral su, ketçup, dondurma, qəhvə, yaşıl çay, zəncəfil, çörək - 5,0-7,0 % bahalaşıb.

Qeyri-ərzaq məhsulları aprel ayında 0,53%, illik isə 20,19 % bahalaşıb. Apreldə xidmətlərin dəyəri aylıq 1,07 %, illik isə 10,87 % artıb.

Bundan əvvəl Mərkəzi Bank 2022-ci ilin qarşıdakı aylarında Rusiyada inflyasiyanın artacağını bildirib. Mərkəzi Bankın proqnozlarına görə, inflyasiya ilin sonuna kimi 18-23 %-ə çata bilər.


SON XƏBƏRLƏR

23 Aprel 2024