• Bakı 24° C

    5.8 m/s

Bakı və Tehran arasında həftədə iki uçuş olacaq

İQTİSADİYYAT

19 Fevral 2022 | 14:52 | Müəllif: Subhan Mahmudov

Bakı və Tehran arasında həftədə iki uçuş olacaq

Azərbaycan və İran rəsmilərinin razılaşması əsasında Bakı-Tehran və əks istiqamətdə həftədə iki uçuş təşkil olunacaq.

Bakıvaxtı.az  xəbər verir ki, bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Mirəkbər Rəzəvi deyib.

Onun sözlərinə görə, uçuşlar iki ölkənin hava yolları şirkətləri tərəfindən həyata keçiriləcək. Rəzəvi əlavə edib ki, koronavirus pandemiyası nəticəsində tətbiq olunan məhdudiyyətlərin azalması ilə uçuşların sayının artması gündəmə gətiriləcək.

Qeyd edək ki, bu ilin mart ayının əvvəlindən Azərbaycanla İran arasında birbaşa uçuşlar bərpa ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026