• Bakı C

    9.32 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.192

İran vətəndaşı Bakı-Quba yolunda qəzaya səbəb oldu: YARALI VAR

CƏMİYYƏT

04 Mart 2026 | 14:23

İran vətəndaşı Bakı-Quba yolunda qəzaya səbəb oldu: YARALI VAR

Bakı-Quba yolunda iki yük avtomobilinin toqquşması ilə nəticələnən qəza baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gün saat 12:10-da Bakı-Quba yolunun 43.5-ci kilometrliyində qeydə alınıb.

"Yolun kənarında dayanmış İran vətəndaşı Miray Mənsur oğlu Muxtarizərəyə məxsus HOWO markalı, 90-AG-211 dövlət nömrə nişanlı yük avtomobilinə arxadan gələn Babək Şükür oğlu Abbasovun idarə etdiyi 07-SK-687 dövlət nömrə nişanlı MAN markalı yük avtomobili çırpılıb. Hadisə nəticəsində Babək Abbasov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.


SON XƏBƏRLƏR