• Bakı 20° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

İranda Səfəvilər dövrünə aid qədim sikkələr tapılıb

DÜNYA

01 Oktyabr 2023 | 19:22

İranda Səfəvilər dövrünə aid qədim sikkələr tapılıb

İranın hüquq-mühafizə orqanları Qum əyalətində 12 qədim gümüş və mis sikkə aşkar edərək müsadirə ediblər.

Bakıvaxtı.az-ın məlumatına görə, onlardan bəziləri eramızdan əvvəl zərb edilib.

Bildirilir ki, Mədəni İrsin Mühafizəsi İdarəsinin bölmələri Əhəmənilər (e.ə. 705-330), Parfiya (e.ə. 246 - 227), Sasanilər (224-651) dövrünə aid 10 qədim gümüş sikkə, eləcə də Səfəvilər dövrünə aid (1501-1736) iki mis sikkə müsadirə ediblər.

Tapıntılar İranın Turizm, Mədəni İrs və Əl İşləri Nazirliyinə təhvil verilib. Onları özündə saxlayan şübhəli şəxs barəsində isə istintaq başladılıb.


SON XƏBƏRLƏR

08 May 2025