Belçikanın paytaxtı Brüsseldə evdə manqalda yemək bişirmək istəyən şəxs zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Bakıvaxtı.azbu barədəxarici mediaya istinadən xəbər verir. Yanğınsöndürmə briqadası bildirib ki, polis əməkdaşları gecə yaşlı şəxsin xəstə olması barədə məlumat aldıqdan sonra Anderlext rayonundakı mənzilə gediblər.
Zabitlər evə daxil olanda dəm qazı siqnalının işlədiyini görüblər. Ev sahibinin tüstüdən zəhərləndiyi müəyyən edilib.
Mənzildə təbii qaz xəttinin olmadığı, yemək bişirmək üçün qaz balonundan istifadə edildiyi, lakin balonun boş olduğu üçün mənzildə yaşayan şəxsin manqal yandırdığı deyilir.
Zəhərlənən şəxsin müalicəsi davam etdirilir.
Ay Tac


jpg-1701350092.webp)











