• Bakı C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

İranın bu terroru həm də Türkiyəyə qarşıdır

SİYASƏT

03 Fevral 2023 | 12:58

İranın bu terroru həm də Türkiyəyə qarşıdır

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı açıq-aşkar şəkildə bizə verilən mesajları anlamaq və son hücumun zəncirin sonuncu halqası olduğunu vurğulamaq üçün bir neçə müddətdir baş verən hadisələri xatırlatmağın vacibliyini düşünürəm.

İngiltərə və Fransadakı səfirliklərimizə hücum oldu. Türk birliyi iclasına dünya tərəfindən de fakto elan edilən KKTC-nin nəzarətçi kimi iştirakı təmin edildi və hazırlanan qərar mətnində müxtəlif dövlətlərdə yaşayan türklərin də haqlarının müdafiə olunacağı diqtə edilərək dünyaya, xüsusilə də tərkibində sayısız türkün yaşadığı İrana meydan oxundu. İran, Zəngəzur dəhlizinin açılacağı ilə bağlı xəbəri eşidən kimi Zəngəzurdakı Qafan əyalətində konsulluq açdı.
İran öz mövqeyini nümayiş etdirərək Azərbaycan sərhədində iki təlim keçirdi. Azərbaycan isə biri öz qüvvələri ilə, digəri Türkiyə ilə birgə olmaqla iki təlim keçirdi və bu, özlüyündə İrana cavab idi.

İranın 44 günlük müharibə ərzində yaratdığı çətinliklər, silahla dolu yük maşınlarını, Zəngəzur torpağından göndərdiyi silahları saymaq belə istəmirəm.
Nə qədər çalışsa da, Qarabağda uduzdu, Xəzərdə Azərbaycanla dəniz sərhəddində uduzdu. Bu qazancların yanında İranda yaşayan türklərin, xüsusən də Zəngəzur dəhlizində qazanacaqları ilə milliyyətçilik hisslərini gücləndirəcəyini düşünən İran “daha ​​uzağa getmə, ayağını çək” mesajını vermək istəmişdi.

Zəngəzur dəhlizi ilə qurulacaq sərhəd əlaqələrilə İran türk dövlətləri ilə əhatələnəcək, həm türk dövlətlərində, həm də Türk Birliyinin İrana qonşu dövlətlərdə fəaliyyət dairəsi orta müddətdə daralacaq. Siyasi və iqtisadi əlaqələrin qurulmasından təsirləndiyini, bunun artacağını hiss etdi.

İran korrupsiyalaşmış büdcəsinə baxmayaraq, xarici ölkələrdə (xüsusən də İraq və Suriyada) fəaliyyət göstərən terror təşkilatlarına on beş milyard dollardan çox vəsait göndərir. Maddi cəhətdən əziyyət çəkən xalqının reaksiyasını alsa da, bunu dövlətin rifahı üçün bir öhdəlik kimi görür. Bu pulu təmin etmək, daha da sıxıntı və ictimaiyyətin reaksiyasına səbəb olmamaq üçün beynəlxalq hüquqa uyğun olaraq qeyri-qanuni gəlir mənbələrini davam etdirməlidir. Çünki Zəngəzur dəhlizi ilə bu əlaqələrin də kəsiləcəyidən ehtiyatlanır.
Diqqəti bir məqama yönəltmək istəyiorəm: Bu terror aktı İranda nümayişlər dayandırıldıqdan sonra baş verib. Repressiv dövlətlər öz tərəfində olanların milli hisslərindən istifadə edərək, güc mərkəzlərini və öz millətlərini (qısaca farsları) öz tərəflərində saxlamaq, özlərinə zidd olanları isə sıxışdırıb çıxarmaq niyyətindədirlər.

Artıq son nümayişlərdə türklərə  fiziki və psixoloji təzyiq gücü artıb. İran hökuməti bu təzyiqi bundan sonra da davam etdirəcək, onu bərk-bərk cızaraq, təhrik edəcək ki, Güney Azərbaycan türklərinin cavabını gözləyəcək. Öz xalqını İranın oyuncağı olan farslara və türklərə böləcək. Türklərə nə edəcəklərini doğru və qanuni göstərməyə çalışacaq və arxasınca düşəcək. Türk millətçilərinin görkəmli şəxsiyyətlərini məhv etmək, onları ağır təzyiq altında saxlamaq və əzmək siyasəti yürüdəcək. Azərbaycan səfirliyinə hücum təkcə terror aktı deyil; Türkiyəyə, Azərbaycana, Türk Dünyasına dərin siyasi mesajlar ehtiva edən çox ağır bir hərəkətdir. İran bu terroru təkcə Azərbaycanı deyil, Türkiyəni də hədəfə alaraq həyata keçirib.

Buna görə də Azərbaycanın Güneyində yaşayan soydaşlarımızdan təxribatlara uymamağı, təmkinli hərəkət etmələrini xahiş edirəm.

Hasan Barın

Zəngəzur Azadlıq Hərəkatının sədri, tarixçi-araşdırmaçı jurnalist

Bakıvaxtı.az


SON XƏBƏRLƏR