• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

İrəvan ayılanda gec olacaq: Ermənistanın nəfəsliyi kəsilir

Gündəm

22 Noyabr 2023 | 10:54

İrəvan ayılanda gec olacaq: Ermənistanın nəfəsliyi kəsilir

"Ermənistanın əsl məqsədi Azərbaycanla sülh müqaviləsi imzalamaq deyil".

Bunu Bakıvaxtı.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, sülh müqaviləsi imzalanmadıqca baş nazir Nikol Paşinyanın Qərbdən yüz milyonlarla dollar yardım dilənmək imkanları qalır: "Müharibənin başa çatdığı 3 ildə Ermənistan "sülh müqaviləsini imzalamağa hazır olduğunu" bildirsə də, reallıqda sülhdən uzaq olub. Baş nazir Nikol Paşinyanın ATƏT PA-nın iclaında Azərbaycanı ittiham etməsinin məqsədi var. İrəvan Ermənistandan deportasiya olunmuş azərbaycanlıların dinc yolla öz ata-baba yurdlarına qayıtmaq istəyini Azərbaycanın "təcavüzə hazırlaşması" kimi qələmə verməyə çalışır. Ermənistan yalanlar uyduraraq, Azərbaycanı ittiham edərək sülhün mümkünsüzlüyü görüntüsü yaratmaq istəyir”.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, ermənilər saxta yollarla aldıqları yüz milyonlardan məhrum olacaqlar. Bu, hazırda iqtisadi bataqlıqda olan Ermənistanın nəfəsliyinin kəsilməsi deməkdir.

Deputat vurğulayıb ki, Qərb Ermənistanı silahlandırır və saxta adlarla yardımlar göndərir: "Qərbin öz məqsədləri də var. Bu, Rusiyanı regiondan çıxartmaq və Ermənistanda möhkəmlənməkdir. Amma cəhdləri nəticəsiz qalacaq. Azərbaycan bir yerdə dayanmayıb, dövlətimiz hərbi gücünü artırmaqdadır. Orduya müasir silahlar alınır və peşəkarlıq artırılır. Suverən ərazilərimizə müdaxiləyə qətiyyən imkan verilməyəcək”.

Azər Badamov: Qərb Ermənistanı silahlandırır və saxta adlarla yardımlar göndərir

“Ermənistanla sülh imzalanarsa, regiona əməkdaşlıq və sabitlik gələcək. Sülh olmazsa da, həyat davam edəcək. Azərbaycan buna artıq öyrəşib. Bölgədə Ermənistansız əməkdaşlıq qurmaqla yolumuza davam edəcəyik. İrəvan ayılanda isə artıq gec olacaq", - deyə Azər Badamov qeyd edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024