• Bakı 11° C

    3.63 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

İrəvanın mərkəzində "Qarabağ" mahnısını oxuyan şəxs həbs edildi

DÜNYA

01 Fevral 2025 | 23:55

İrəvanın mərkəzində Qarabağ mahnısını oxuyan şəxs həbs edildi

Ermənistan paytaxtı İrəvanın mərkəzində Azərbaycan dilində "Qarabağ" mahnısını ifa edən İran vətəndaşı saxlanılıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, İran İslam Respublikası vətəndaşı 40 yaşlı Millard Vahid yaşadığı ünvanda polis tərəfindən saxlanılıb. Onun saxlanılmasına səbəb isə kobud davranışları olub:

"Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin İcma Polis Baş İdarəsinin Erebuni şöbəsinə bir vətəndaşın ictimai asayişi kobud şəkildə pozması barədə məlumat daxil olub. O, şəhər avtobusunda insanlara qarşı hörmətsizlik edib, nalayiq davranışlar nümayiş etdirib", - nazirliyin məlumatında qeyd olunub. 

Məlumata görə, İran vətəndaşı həbs edilərək təcridxanaya yerləşdirilib. 


SON XƏBƏRLƏR