• Bakı 10° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

İslamiadada ilk medalçılar bəlli olub, Azərbaycan velosipedçisi 4-cü yeri tutub

İDMAN

05 Avqust 2022 | 13:23

İslamiadada ilk medalçılar bəlli olub, Azərbaycan velosipedçisi 4-cü yeri tutub

Türkiyənin Konya şəhərində bu gün start götürən V İslam Həmrəyliyi Oyunlarında ilk medalçılar bəlli olub.

Bakıvaxtı.az-ın məlumatına görə, İslamiada qadınlar arasında trek velosipedi üzrə yarışla start götürüb.

10 km məsafəyə final mübarizəsində qazaxıstanlı Rinata Sultanova qızıl, malayziyalı Nur Asya Məhəmməd Zubir gümüş, özbəkistanlı Sofiya Kərimova bürünc medal qazanıb. Azərbaycan təmsilçilərindən Ayan Xankişiyeva 4-cü, Viktoriya Sidorenko isə 13-cü olub.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 200 idmançı yarışacaq. Açılış mərasimi avqustun 9-da olacaq. Avqustun 18-dək davam edəcək yarışda Azərbaycanı ümumilikdə 281 idmançı təmsil edir. İslamiada avqustun 18-dək davam edəcək.


SON XƏBƏRLƏR