• Bakı 18° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

“Zirə” - “Qəbələ” oyununun yeri dəyişdirildi

İDMAN

03 Sentyabr 2022 | 17:59 | Müəllif: Subhan Mahmudov

“Zirə” - “Qəbələ” oyununun yeri dəyişdirildi

“Zirə” klubu Peşəkar Futbol Liqasına (PFL) rəsmi məktubla müraciət edib.

Bakıvaxtı.az PFL-in saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi ev oyunlarını keçirdiyi Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün son yoxlamalar zamanı yararsız vəziyyətdə olduğunu bildirib.

Bakı təmsilçisi bununla bağlı Premyer Liqanın V turunun “Zirə” – “Qəbələ” oyununun “Dalğa Arena”da keçirilməsini xahiş edib. Stadionun vəziyyətini, “Zirə”nin müraciətini nəzərə alan PFL V turun “Zirə” – “Qəbələ” görüşünün “Dalğa Arena”da keçirilməsinə qərar verib.

Məsələ ilə bağlı “Qəbələ” idman klubu və görüşün keçirilməsinə cavabdeh olan digər qurumlar məlumatlandırılıb.

Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026