• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Mövsümün ilk İstanbul derbisi qolsuz başa çatıb

İDMAN

02 Oktyabr 2022 | 23:02 | Müəllif: Subhan Mahmudov

Mövsümün ilk İstanbul derbisi qolsuz başa çatıb

Futbol üzrə Türkiyə Super Liqasında 2022/2023 mövsümünün ilk İstanbul derbisi baş tutub.

Bakıvaxtı.az-ın məlumatına görə, VIII tura təsadüf edən prinsipial oyunda "Fənərbağça" "Beşiktaş"ın qonağı olub. "Vodofon Park" stadionunda oynanılan görüşdə qapılara qol vurulmayıb.

Bu nəticədən sonra xallarını 15-ə çatdıran "qara qartallar" 6-cı, 14- xalı olan "bülbüllər" isə 7-ci pillədəki mövqeyini qoruyub.

Qeyd edək ki, turnir cədvəlinə 17 xalla "Başahşehir" başçılıq edir. "Adana Demirspor", "Konyaspor" və "Qalatasaray" da eyni xala malikdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR