• Bakı 26° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Məşhur şahmatçıya hücum olub? - YENİLƏNİB

İDMAN

31 Oktyabr 2022 | 17:40

Məşhur şahmatçıya hücum olub? - YENİLƏNİB

"Şahmat üzrə dünya çempionu Anatoli Karpovun vəziyyəti normaldır".

Bakıvaxtı.az xəbər verir ki, bunu TASS-a 71 yaşlı qrossmeysterin köməkçisi bildirib.

"Karpov heç bir zədə almayıb, ona hücum olmayıb", - deyə köməkçi əlavə edib.

Qeyd edək ki, oktyabrın 31-də Ümumrusiya Sahibkarlar Hərəkatının sədri Andrey Kovalev öz "Telegram" kanalında Karpovun naməlum şəxslərin hücumundan sonra reanimasiyada olduğunu və süni komaya düşdüyünü bildirib.

Onu da bildirk ki, 71 yaşlı Karpov 12 qat dünya çempionudur və 1993-1999-cu illərdə bu titulu qoruyub. O, həmçinin SSRİ komandasının tərkibində ikiqat dünya çempionu (1985, 1989), Sovet komandasının tərkibində Dünya Şahmat Olimpiadalarının altıqat qalibi (1972, 1974, 1980, 1982, 1986, 1988) , üçqat SSRİ çempionu (1976, 1983, 1988). Karpov doqquz dəfə şahmat üzrə "Oskar" mükafatına layiq görülüb - ilin ən yaxşı oyunçusuna verilən mükafat (1973, 1974, 1975, 1976, 1977, 1979, 1980, 1981, 1984). 1970-ci ildə qrossmeyster, 1965-ci ildə SSRİ idman ustası adına layiq görülüb.

Aytac Aslan

***

17:28

Şahmat üzrə sabiq dünya çempionu Anatoli Karpov xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, 71 yaşlı veteran ağır zədə ilə reanimasiyaya çatdırılıb.

Onu Dövlət Dumasının yaxınlığında huşsuz şəkildə tapıblar. Ayağı qırılan və başından ağır zədələnən Karpov dərhal xəstəxanaya aparılıb. Müayinələr zamanı onda baş zədəsi, qanaxma və ayağında sınıq aşkarlanıb. Sabiq dünya çempionu içkili vəziyyətdə olub.

Qeyd edək ki, 12-ci dünya çempionu 1975-85-ci illərdə Şahmat tacının sahibi olub. /APA

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026