• Bakı 6° C

    3.66 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Poqba Dünya Çempionatını buraxacaq

İDMAN

31 Oktyabr 2022 | 21:25 | Müəllif: Subhan Mahmudov

Poqba Dünya Çempionatını buraxacaq

Pol Poqba zədə səbəbindən 2022-ci il Dünya Çempionatını buraxacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə futbolçunun agenti Rafaela Pimenta məlumat verib.

“Dünənki və bugünkü tibbi müayinələrdən sonra Paul Poqbanın əməliyyatdan sonra hələ də reabilitasiyaya ehtiyacı olduğunu bildirmək çox ağrılıdır. Bu səbəbdən Pol Qətərdə Fransa yığmasına qatıla bilməyəcək”, - Pimenta bildirib.

Xatırladaq ki, “Yuventus”un və Fransa millisinin yarımmüdafiəçisi uzun müddət oyunsuz qaldığı üçün bud əzələsindən zədə alıb. O, bu yaxınlarda menisk zədəsini sağaldıb.

Qeyd edək ki, 2022-ci il Dünya Çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026