• Bakı 22° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

DÇ-2022:1/8 finalın daha bir iştirakçısı bəlli olub - YENİLƏNİB

İDMAN

30 Noyabr 2022 | 20:56

DÇ-2022:1/8 finalın daha bir iştirakçısı bəlli olub - YENİLƏNİB

Qətərdə keçirilən dünya çempionatında 1/8 finalın daha bir iştirakçısı bəlli olub.

Bakıvaxtı.az-ın məlumatına görə, D qrupunun III turunda Danimarka yığmasını minimal hesabla məğlub edən Avstraliya adını pley-offa yazdırıb. "Yaşıl qitə" təmsilçisinə qələbə qazandıran qolu 60-cı dəqiqədə Mettyu Leki vurub.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Avstraliya seçməsi Fransadan sonra qrup ikincisi kimi növbəti mərhələyə adlayıb. Komanda bu raundda C qrupunu ilk sırada bitiran yığma ilə qarşılaşacaq.

 

***20:21

Qətərdə keçirilən dünya çempionatında Avstraliya və Danimarka yığmaları arasında D qrupunun III tur oyununda ilk qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, 60-cı dəqiqədə fərqlənən Mettyu Leki "yaşıl qitə" təmsilçisini hesabda önə çıxarıb.

 

***20:05

Qətərdə keçirilən dünya çempionatında Avstraliya və Danimarka yığmaları arasında D qrupunun III tur oyununda ikinci hissə start götürüb.

Bakıvaxtı.az-ın məlumatına görə, ilk yarıdan sonra qapılara qol vurulmayıb.

***19:48

Qətərdə keçirilən dünya çempionatında Avstraliya və Danimarka yığmaları arasında D qrupunun III tur oyununda birinci hissə yekunlaşıb.

Bakıvaxtı.az-ın məlumatına görə, ilk yarıda qapılara qol vurulmayıb.

***19:00

Qətərdə keçirilən dünya çempionatında Avstraliya və Danimarka yığmaları arasında D qrupunun III tur oyunu başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

***17:50

Qətərdə keçirilən dünya çempionatının D qrupunun III turunda qarşılaşacaq Avstraliya və Danimarka yığmalarının start heyətləri açıqlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Avstraliya: Metyu Rayan, Degenek, Kay Rouls, Harri Suttar, Aziz Behiç, Aaron Muy, Rayli Makqri, Cekson İrvin, Mettyu Leki, Mitçell Dyuk, Kreyq Qudvin.

Danimarka: Kasper Şmeyxel, Andreas Kristensen, Yoaxim Andersen, Yoakim Mehle, Kristian Eriksen, Pye-Emil Hoybyerq, Andreas Kristensen, Matias Yensen, Andreas Olsen, Yesper Lindström, Martin Breytueyt

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


SON XƏBƏRLƏR

26 Aprel 2024