• Bakı 17° C

    6.29 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Pele yenidən xəstəxanaya yerləşdirilib

İDMAN

30 Noyabr 2022 | 19:07 | Müəllif: Subhan Mahmudov

Pele yenidən xəstəxanaya yerləşdirilib

Futbol üzrə üçqat dünya çempionu, Braziliya millisinin əfsanəvi hücumçusu Pele yenidən xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az ESPN-ə istinadən xəbər verir ki, əfsanəvi forvardda çoxsaylı ödem aşkarlanıb. Ona həmçinin, ürək çatışmazlığı diaqnozu qoyulub.

Bildirilib ki, Pelenin son aylar ərzində keçirdiyi kimyəvi terapiya onun bədənindəki şişlərə heç bir təsir göstərməyib.

Qeyd edək ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. Veteran futbolçu sonradan bir neçə dəfə xəstəxanaya yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR