Futbol üzrə üçqat dünya çempionu braziliyalı Pelenin ölümünə səbəb daxili orqanların çoxsaylı çatışmazlığı olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun vəfat etdiyi Albert Eynşteyn klinikasının rəsmi bülletenində məlumat verilib.
Bildirilib ki, orqanların çatışmazlığı bağırsaq xərçənginin mənfi dinamikası nəticəsində yaranıb.
***23:02
Braziliyalı əfsanəvi futbolçu Pele vəfat edib.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Pele 82 yaşında dünyasını dəyişib.
















