• Bakı 17° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Millimizə baş məşqçi təyin olundu

İDMAN

29 Dekabr 2022 | 16:14

Millimizə baş məşqçi təyin olundu

Taekvondo üzrə Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi olub.

Federasiyadan Bakıvaxtı.az-a verilən məlumata görə, yığma cənubi koreyalı Sun Mi Parka həvalə edilib.

2014-17-ci illərdə də millinin “sükanı arxasında” olan təcrübəli mütəxəssisin qarşısına gələn il Bakıda keçiriləcək dünya çempionatında uğurlu çıxış, Paris-2024 Yay Olimpiya Oyunlarına maksimum lisenziya qazanmaq və Olimpiadada yaxşı nəticə qazanmaq hədəfi qoyulub. O, həmçinin gənc qız taekvondoçuların inkişafına öz dəstəyini verəcək.

Azərbaycan Olimpiadada yeganə medalı Parkın rəhbərliyi altında qazanıb. Taekvondoçularımız onun məşqçiliyi zamanı qitə çempionatı və Avropa Oyunlarında da mükafata yiyələnib.

Qeyd edək ki, Sun Mi Park bu postda Səbuhi Zülfüqarovu əvəzləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR