• Bakı 15° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

"Zirə"dən geridönüş

İDMAN

25 Yanvar 2023 | 19:54 | Müəllif: Subhan Mahmudov

"Zirə"dən geridönüş

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir matçı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, "Zirə" öz meydanında "Sumqayıt"la görüşüb.

Qarşılaşmada hesabı 4-cü dəqiqədə Vüsal İsgəndərlinin qolu ilə "Sumqayıt" açıb. Meydan sahibləri 50-ci dəqiqədə Dmitrios Çantakiasın qolu ilə hesabı bərabərləşdirib. 73-cü dəqiqədə Loris Bronyo "Zirə"ni önə keçirib. 79-cu dəqiqədə isə Toni Qomes meydan sahiblərinin üçüncü qolunu vurub.

Bu qələbə ilə xallarını 31-ə çatdıran "Zirə" 4-cü pillədəki yerini qoruyub. 12 xalı olan "Sumqayıt" isə 9-cu sırada qalıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" evdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib, "Qarabağ" isə səfərdə "Turn Tovuz"a qalib gəlib - 3:2.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026