• Bakı 7° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Qarabağ" Belçikada dəstəksiz qalmayacaq

İDMAN

23 Fevral 2023 | 12:49

"Qarabağ" Belçikada dəstəksiz qalmayacaq

Bu gün “Qarabağ” Konfrans Liqasının 1/8 final mərhələsinin cavab görüşünə çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan təmsilçisi evdə 1:0 hesabı ilə qalib gəldiyi “Gent”lə qarşılaşacaq.

Matçın start fiti saat 00:00-da veriləcək. 

Ağdam klubu üçün tarixi əhəmiyyət daşıyan matça gələcək azərbaycanlı azarkeşlərin sayı da bəlli olub. Belə ki, komandamızı səfərdə 400-də çox tərəfdar dəstəkləyəcək. Onların əksəriyyəti Avropada yaşayan həmyerlilərimizdir. 

Bundan başqa Türkiyənin “Beşiktaş” klubunun Avropa fan klubu da tribunalarda yer alacaq. Onlar Azərbaycan təmsilçisinə dəstək nümayiş etdirəcəklər. 
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026