• Bakı 14° C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

İsveç millisinin üzvü: "Azərbaycanla oyunda qalib gəlməliyik"

İDMAN

25 Mart 2023 | 11:31

İsveç millisinin üzvü: "Azərbaycanla oyunda qalib gəlməliyik"

"İki gün sonra növbəti oyunumuzu keçirəcəyik. Bu matçda qalib gəlməliyik".

Bakıvaxtı.az xəbər verir ki, bunu İsveç millisinin futbolçusu Emil Forsberq evdə Belçikaya 0:3 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.

Almaniya "Leyptsiq"ində çıxış edən 32 yaşlı hücumameylli yarımmüdafiəçi bildirib ki, Azərbaycanla görüşdə nəyi təkmilləşdirməli olduqlarını daha yaxşı görəcəklər: "Müəyyən vəziyyətlərdə bir az daha aqressiv və cəsarətli olmalıyıq. Bunu etsək, düşünürəm ki, Azərbaycana qalib gəlmək şansımız yüksəkdir".

Qeyd edək ki, İsveç - Azərbaycan oyunu martın 27-də Solnadakı "Frends Arena"da keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR