• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Azərbaycan güləşində YENİ REKORD

İDMAN

24 Aprel 2023 | 00:15 | Müəllif: Subhan Mahmudov

Azərbaycan güləşində YENİ REKORD

Xorvatiyanın Zaqreb şəhərində keçirilən Avropa çempionatında 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatları tarixində medalların əyarına görə, özünün ən yaxşı nəticəsinə imza atdı.

Bakıvaxtı.az xəbər verir ki, qitə birinciliyində 145 xal toplayan yığmamız komanda hesabında 2-ci yeri tutub.

Türkiyə 155 xalla çempion olub. Gürcüstan isə 124 xalla 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, komandamızın heyətində Həsrət Cəfərovla (67 kq) Ülvü Qənizadə (72 kq) Avropa çempionu olub. Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026