• Bakı 7° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Almeyda “Qarabağ”ın heyətində 60-cı qolunu vurdu

İDMAN

23 May 2023 | 11:34

Almeyda “Qarabağ”ın heyətində 60-cı qolunu vurdu

Azərbaycan millisinin sabiq futbolçusu Riçard Almeyda “Qarabağ”ın heyətində 60-cı qolunu vurub.

Bakıvaxtı.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Braziliya əsilli yarımmüdafiəçi Premyer Liqanın XXXV turunda fərqlənib.

O, “Sumqayıt”la ev görüşündə (1:2) rəqib qapısına yol tapıb. Almeyda Ağdam klubunun heyətində Azərbaycan çempionatında 47, avrokuboklarda 8, ölkə kubokunda 5 qola imza atıb.

Oyunçu “Qarabağ”ın heyətində 2012/13 mövsümündə debüt edib. O, ilk qolu da “Sumqayıt”ın qapısından keçirib. Yarımmüdafiəçi 2012-ci il avqustun 12-də səfərdəki qarşılaşmada (6:1) fərqlənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026