Dünyaca məşhur futbolçu Neymar hamilə həyat yoldaşı Bruna Biancardiyə xəyanət edib.
Bakıvaxtı.az-ın xarici mediaya istinadən xəbərinə görə, futbolçu bunu öz sosial şəbəkə hesabında paylaşıb.
Neymar həyat yoldaşından üzr istəyib, peşman olduğunu bildirib: "Bunu həm bizim, həm də ailəmiz üçün edirəm. Həyatımda sənə ehtiyacım var. Nə qədər əziyyət çəkdiyini gördüm. Yanmda olmağı çox istəyirdin. Mən səninləyəm. Səhv etdim sənə qarşı və bilirəm ki, hər zaman günahkaram. Həyatımda tək qalanda səhvlərimin öhdəsindən gəlməyə çalışıram. Həyat yoldaşımı və övladımı yanımda görmək istəyirəm. Üzr istədim, ancaq bunu açıq şəkildə etməyə borcluyam. Mən özümü sənsiz təsəvvür edə bilmirəm. Bir yerdə olacağımı bilmirəm, ancaq cəhd etmək istədiyimi sən də bilirsən. Bizim körpəmizə olan sevgimiz qalib gələcək və sevgimiz daha da güclənəcək. Mən hər zaman səni sevirəm".
Qeyd edək ki, 31 yaşlı futbolçunun bu addımı izləyiciləri tərəfindən maraq və təəccüblə qarşılanıb.
Xəyalə Rza

















