• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

RFŞ - “Sabah” matçının təyinatları AÇIQLANDI

İDMAN

21 Iyul 2023 | 16:04

RFŞ - “Sabah” matçının təyinatları AÇIQLANDI

“Sabah”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Latviya RFŞ-i ilə keçirəcəyi ilk oyunun təyinatları müəyyənləşib.

Bakıvaxtı.az-ın qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, Yurmaladakı görüş Çexiyadan olan hakimlər briqadasına həvalə olunub.

İyulun 26-dakı qarşılaşmanı Yan Maxalek idarə edəcək. Ona Adam Harak və Yan Vanya kömək olacaqlar. Dördüncü hakim funksiyasını Pavel Orel icra edəcək.

Qeyd edək ki, RFŞ – “Sabah” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab görüşü avqustun 3-də “Bank Respublika Arena”da keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026