• Bakı 15° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qadın basketbolçularımız çempion oldu - YENİLƏNİB

İDMAN

20 Avqust 2023 | 00:19

Qadın basketbolçularımız çempion oldu - YENİLƏNİB

“Neftçi” İspaniyada təşkil olunan 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsinin çempionu olub.

"Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan klubu finalda yerli İspaniya millisini məğlub edib.

Gərgin alınan duelin yekununda rəqibini 13:12 hesabı ilə üstələyən “Neftçi” Melilya mərhələsinin qalibi olub. “Ağ-qaralar”ın üzvü Bryana Freyzer yarışın ən dəyərli oyuncusu (MVP) mükafatına layiq görülüb.

Qeyd edək ki, Dünya Qadın Seriyasında Azərbaycanın 3x3 qadın millisi və “Neftçi” klubu növbəti oyunlarını avqustun 22-də Bakıda keçirəcəklər.

***23:05

İspaniyada təşkil olunmuş 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsində Azərbaycan təmsilçisi “Neftçi”nin yarımfinal oyunu baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə “ağ-qaralar” reytinq xallarına görə Melilya mərhələsinin bir nömrəli komandası Çin millisi ilə üz-üzə gəlib və rəqibini 17-13 hesabı ilə məğlub edərək finala yüksəliblər.

Həlledici qarşılaşmada “Neftçi”nin rəqibi Niderland - İspaniya oyununun qalibi olacaq. Oyun Bakı vaxtı ilə saat 23:15-də baş tutacaq.

***22:04

İspaniyada təşkil olunmuş 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsində Azərbaycan təmsilçisi “Neftçi”nin yarımfinal oyunu baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ millisi ilə qarşılaşan “ağ-qaralar” qarşılaşmaya üstün başlayıb və yekunda rəqibi üzərində 17:14 hesablı qələbə qazanaraq yarımfinala yüksəliblər.

Finala vəsiqə uğrunda “Neftçi”nin rəqibi Çin millisi olacaq. Oyun bu gün Bakı vaxtı ilə saat 21:55 -də başlayacaq. / Oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026